İnsan alveri qurbanlarının sığnacaqda yerləşdirilməsi üçün aylıq saxlanılma xərci 720 manatdır.

Unikal.org "Report"-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev rəhbəri olduğu idarənin və Mətbuat Şurasının KİV nümayəndələri üçün təşkil etdiyi seminarda bildirib.

Rəis deyib ki, həmin şəxslərə lazımi tibbi yardımlar olunur və onlar mövsümü geyimlərlə təmin edilir.

O bildirib ki, 2015-ci ildə hotel və digər yerlərdə 197 əxlaqsızlıq yuvası aşkarlanıb.

"Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi heç bir hotel və mehmanxanaya nəzarət etmir. Bunlar mətbuatda gedən yalan məlumatlardır", - deyə rəis bildirib.