Ermənistan prezidenti Serj Sarkisyan orduda yeni təyinat həyata keçib. 

Sarkisyan bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən polkovnik Temur Şahnazaryan Ermənistan Silahlı Qüvvələrinin rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin idarəsinə rəhbər təyin edilib. 

Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan ordusunun üç generalı tutduğu vəzifədən kənarlaşdırılıb. Buna səbəb kimi Ermənistanın sonuncu döyüşlərdə ağır məğlubiyyətə düçar olması göstərilir. (AzVision.az)