Tanınmış türk müğənnisi Sinan Özen 22 may tarixində sevgilisi Burcu Kartalla rəsmi nikaha daxil olub.
İstanbulun dəbdəbəli otellərinin birində davam etməkdə olan bu toyda 500 qonaq iştirak edir. Sinanın azərbaycanlı dostu, əməkdar artist Ədalət Şükürov da məclisə dəvət alan məşhurlar sırasındadır. Məlumat üçün bildirək ki, toydan öncə Türkiyənin prezidenti Recep Tayyip Erdoğanın S.Özenin nikah şahidi olacağı haqda xəbərlər yayılsa da, iş qrafikinin gərgin olması səbəbindən dövlət başçısı bu toyda iştirak edə bilmədi.
(primetime.az)