ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın xanımı Anna Sekuta səfirlikdə təkrar emala göndəriləcək karton, kağız, plastik tullantıların ilk toplanmasında iştirak edib.
Unikal.org APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında qeyd edilib.
Məlumatda deyilir ki, ABŞ səfirliyi Azərbaycanda təkrar emala dəstək olmaq üçün "Azersun Holding" ilə əməkdaşlıq etməkdən məmnunluq duyur: "ABŞ səfirliyi Azərbaycanda ekoloji problemləri azaltmaq istiqamətində çalışır. Təkrar emal sənayesi iqtisadiyyata faydalıdır - ABŞ-da 47 milyard dollar gəliri olan sənaye Azərbaycanda da yeni iş yerləri yarada bilər. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi Azərbaycanda məişət tullantılarının 75%-ni təkrar emala yararlı hesab edir".