"Ölümün bir addımlığındayıq. İnsanları yoxsulluğa gətirib çıxarıblar, öz qullarına çeviriblər".

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu İrəvan sakini Ermənistanın Baş naziri Ovik Abramyanın hakimiyyətin korrupsiya və monopoliya ilə mübarizə aparmaq niyyətində olduğu ilə bağlı bəyanatını şərh edərkən deyib.

İrəvan sakini həmçinin deyib:

"Bu, uzun müddət davam edə bilməz, bundan sonra narazılıqlar və etirazlar, sonra isə inqilab olacaq".

Daha gənc nəslin nümayəndəsinin fikrincə isə Ermənistanda kiçik olsa belə, biznes açmaq hər kəs üçün mümkün deyil:

"Burada hər şey məhduddur. Büdcə, qalan hər şey bir neçə nəfərin əlində cəmləşib və onlar istədiklərini edirlər. Əgər kiçik biznes qurmaq qəraraına gəlsəm, bu, mümkün olmayacaq, çünki bütün yollar bağlanıb, həm də vergilər çox yüksəkdir".