Zərdab rayon sakinindən odlu silah və narkotik vasitə götürülüb.
Unikal.org report-a istinadən bildirir ki, rayonun Burunlu kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı Elşən Qədimov barəsində rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat istintaq qrupu yaradılıb. Onun idarə etdiyi minik maşınına baxış keçirilən zaman avtomobilin yük yerində olan ehtiyat təkərin altında selofan torbaya bükülmüş, ümumi çəkisi 459,26 qram olan qurudulmuş marixuana götürülüb. Əməliyyatın davamı olaraq E.Qədimovun mənzili və həyətinə baxış keçirilib. Həyətdə olan minik maşınından baxış zamanı bir ədəd avtomat tipli silah və bir ədəd də sandıqca götürülüb. 
Qeyd edək ki, E.Qədimov ümumilikdə 20 il məhkumluq həyatı yaşayıb. Hazırda polis şöbəsində onun digər əməlləri törədib-törətməməsi ilə bağlı araşdırma aparılır.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.