Millət vəkillərinin qəbul günləri açıqlandı
Azərbaycan Respublikası Milli Məclisinin Aparatında 2012-ci ilin sentyabr ayında vətəndaşların qəbulu başlayıb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, deputatların qəbul günləri artıq məlumdur.
Milli Məclisin sədrinin birinci müavini - Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun qəbulu sentyabrın 24-dən başlayacaq.
Milli Məclisin sədrinin müavini Bahar Muradovanın isə qəbul günləri sentyabrın 17-dən başlayacaq. Parlamentin digər üzvləri Valeh Ələsgərovun qəbulu ayın 28-dən, Əli Hüseynlinin vətəndaşlarla qəbulu sentyabrın 19-dan başlayacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin qəbuluna cari ayın 20-dən düşmək mümkün olacaq.
Millət vəkili Eldar İbrahimovun qəbulu sentyabrın 18-dən, Hadi Rəcəblinin qəbulu ayın 26-dan başlayacaq.
Qeyd edilib ki, vətəndaşlar Azərbaycan Respublikası Milli Məclis Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsində qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9.00-dan 18.00-dək, qəbul vaxtı isə saat 14.00-dan başlayacaq. Bildirilib ki, Qəbul günü qəbula yazılma saat 12.00-da dayandırılır.
Digər Xəbərlər
2024-04-23 23:04:43
2024-04-23 19:34:57
2024-04-23 19:24:28
2024-04-23 19:19:48
2024-04-23 18:45:15
2024-04-23 18:34:10
2024-04-23 18:14:50
2024-04-23 18:00:27
2024-04-23 17:20:13
2024-04-23 16:26:18
2024-04-23 14:52:59
2024-04-23 14:44:25
2024-04-23 12:16:06