Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzində naməlum şəraitdə itkin düşən uşaq danışıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, 3 yaşlı İsmayıl Novruzov istirahət mərkəzlərindən birinin ərazisində çayın kənarında cəngəllikdən aşkarlanıb.

Uşaq tapılandan sonra yaxınlıqda olan tibb məntəqəsinə aparılıb. Tibbi müayinə zamanı onun hər hansı probleminin olmadığı məlum olub. Bundan sonra azyaşlı valideynlərinə təhvil verilib.

3 yaşlı İsmayılın ilk sözləri bu olub: "Yaxşıyam. Akula axtarırdım. Babamgil üçün darıxmışdım".