"Cari ilin son 6 ayı ərazində müxtəlif maliyyə mənbələrindən, güzəştli kredit və ayrılan məqsədli maliyyədən qənaət edilən vəsaitlərlə 100-dən artıq yol istismarı, təmiri və tikinti texnikalar alınıb".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Dövlət Avtomobil Yollarının (AAYDA) Nəqliyyat idarəsinin rəisi Elşən Cəfərov deyib. Onun sözlərinə görə bu texnikalar, maşın-mexanizmlər sayəsində yollar keyfiyyətlə və vaxtında inşa edilərək istismara verilir, bu isə öz növbsində yolların istismar müddətinin artmasına yardımçı olur:

" Bundan başqa Agentliyimizin texniki şərtləri və sifarışı ilə yerli şirkətlər tərəfindən istehsal edilən bir neçə adda xüsusi təyinatlı avtomobillər və avadanlıqlar da müvəffəqiyyətlə idarə-müəssisələrimiz tərəfindən istifadə edilir. Bunlara misal kimi, yol təmiri, yanacaq, bitum və su daşıyan maşın-mexanizmləri, həmçinin çox funksiyalı dizel aqreqatları və sairi göstərmək olar. Çevik texniki yardım və servis mərkəzində isə nasaz texnikaların təmiri, parkında mövcud olan nəqliyyat vasitələri və maşın-mexanizmlərdən isə fövqəladə hallarda Agentliyimizin ritmik fəaliyyəti təmin edilir. Ölkə başçımızın uğurlu daxili və xarici siyasəti dünya dövlətlərinin mütləq əksəriyyətinin Azərbaycanı dost, qardaş, strateji müttəfiq kimi görməsi və qəbul etməsinə gətirib çıxarıb. Bunun nəticəsidir ki, Çin Xalq Respublikası Hökumətinin Azərbaycan Hökuməti ilə imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin istismarına 112 adda yol texnikası və maşın-mexanızmlər verilib. Beləliklə son 6 ayda Agentlik tərəfindən 200-dən artıq yol texnikası, maşın-mexanizm alınıb. Müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri və maşın-mexanizmlərdən ibarət olan texnikalar parkımızı yeniləşdirməyə və bununla da ölkə rəhbərliyi tərəfindən yol infrastrukturunun yenilənməsi ilə bağlı verdiyi tövsiyə və tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirməyə kömək edəcək".