Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilinib.
Unikal.org Anspress-ə istinadən xəbər verir ki, ötən gün Əfqanıstanda baş vermiş "Silk Way" avia-şirkətinə məxsus təyyarənin qəzasında həlak olan azərbaycanlılar aşağadakılardır.

- Rəşid Şaydanov (Komandir)
- Altay Abdullayev (İkinci pilot)
- Nadir Rzayev (Bort Mexaniki)
- Nazim Əsədullayev (Şturman)
- Firdovsi Əliyev (Bort radist)

Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələki təsdiq olunmayıb.