Bakıda bir ailə mağazadan aldıqları vaxtı keçmiş meyvə şirəsindən zəhərlənib.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında paytaxtın Qara Qarayev prospektində yerləşən "Əfəndi" marketdən alınan "Sadoçok" adlı meyvə şirəsi Qara Qarayev prospekti, 94 ünvanında yaşayan Salmanovlar ailəsinin 3 üzvünü zəhərləyib.

Belə ki, meyvə şirəsinin üzərində qeyd olunan buraxılış tarixi 01.08.2015, son istifadə tarixi isə 01.05.2016-cı il kimi göstərilib. İstifadə müddəti 15 gün əvvəl bitməsinə baxmayaraq, məhsul marketdən yığışdırılmayıb.

Xoşbəxtlikdən ailə üzvləri ağır fəsadlar yaşamayıblar. Onlarda baş ağrısı, mədə ağrıları yaranıb. Dərhal təcili yardım çağrılıb. Həkim müdaxiləsi ilə zəhərlənmənin fəsadları aradan qaldırılıb.

"Sadoçok" meyvə şirəsi Ukraynada istehsal olunur.