Bu gün səhər saatlarından məsul qurumlar elektrik enerjisinin verilişində yaranan problemlə bağlı ardıcıl açıqlamalar yayıblar.

Nərimanov Rayon İcra Hakimiyyətindən unikal.org-a daxil olan məlumata görə, hazırda rayon ərazisində elektrik enerjisinin verilməsi tam bərpa olunub:

"Həyati vacib əhəmiyyətli obyektlərin və əhalinin enerji ilə təminatı 100 faiz bərpa edilib".

Qeyd edək ki, "Azərenerji" Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisinin verilməsi ilə bağlı açıqlama yayıb.