Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub. 

Unikal.org xəbər verir ki, Elnur Niftəliyev məlumatı Eurasia Diary-yə təsdiqləyib.

Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.