AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisi seçilib.

Unikal.org xəbər verir ki, bu vəzifəyə britaniyalı deputat Rocer Geyl (Roger Gale) seçilib.

O, bu vəzifədə Sezar Florin Predanı əvəz edib.

Azərbaycan üzrə ikinci həmməruzəçinin seçimi Assambleyanın yay sessiyası çərçivəsində baş tutub.

Xatırladaq ki, daha əvvəl AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennax həmməruzəçilərin sentyabr ayında ölkəyə səfər etməyi planlaşdırdıqlarını bildirib.