"Son 10 ildə Azərbaycanda 860 insan alveri qurbanı qeydiyyata alınıb ki, onlardan 28 faizi məişət zorakılığına məruz qalıb".
Unikal.org apa-ya istinadən məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Şərif Əsədullayev "Məişət zorakılığı insan alverinə şərait yaradan sosial problemlərdən biri kimi" mövzusunda keçirilən konfransdakı çıxışında bildirib. O qeyd edib ki, ötən il 64 insan alveri qurbanı müəyyən edilib. Bunlardan 9 nəfəri həddi-buluğa çatmayan qız, 29 nəfəri isə məişət zorakılığına məruz qalan şəxsdir.