"İnter Arena stadionunda təşkil olunacaq tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları da iştirak edəcək. 

Unikal.org xəbər verir ki, tədbirdə iştirak etmək üçün Fransanın Montpellier Universitetinin rəsmiləri də Azərbaycana gələcək. Onlar UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının ilk məzunlarını təbrik edəcəklər.

"Məzun Gününü Azərbaycanın xalq artisti Murad Dadaşov aparacaq. Tədbirdə tələbələri məzun olmaları münasibətilə əməkdar artist Röya Ayxan təbrik edəcək. Eyni zamanda populyar ifaçı Rauf (-40) və DJ Chına öz "remixləri ilə açıq havada keçirilən "Məzun Gününə rəng qatacaqlar.