Şəmkir sakini qonşusu tərəfindən döyülüb.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Aşağı Seyfəli kənd orta məktəbində xadimə işləyən, 1963-cü il təvəllüdlü Mahmudova Marifə Mikayıl qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.M. Mahmudovanın dediyinə görə, o, qonşusu tərəfindən döyülərək xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.