Xəbər verdiyimiz kimi, Daşkəsən rayonu ərazisində baş vermiş güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına ciddi ziyan vurub.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev təbii fəlakətlə bağlı komissiya yaradıldığını bildirib:

"Heç vaxt Daşkəsənin tarixində belə fəlakət olmayıb. Aidiyyatı qurumların rəsmiləri gəlib, aktlar yazırıq, dəyən zərəri müəyyənləşdiririk. Körpü də tam dağılıb, ətrafda qayalar uçub, yollara tökülüb. Gecə saat 4-də qədər hadisə yerində olmuşam. Köhnə, Sovet dövründən qalmış körpülərdi. Amma təzə tikilən körpülərə heç nə olmayıb. Hazırda hüquq-mühafizə orqanları, səhiyyə işçiləri, Fövqəladə Hallar Nazirliyinin rəsmilərindən və digər qurumlardan ibarət komissiya yaratmışıq".

Orxan Həsənli