İraq ərazisində artıq neçə gündür ki, internetə giriş bağlıdır.

Unikal.org dünyada internetlə əlaqədar nasazlıqları izləyən "DYN Research" şirkətinin məlumatına istinadən xəbər verir ki, ötən şənbə və bazar günləri 3 saat ərzində, həmçinin dünən səhər saat 5-dən 8-ə kimi İraqda internet işləməyib.
Tədqiqatçıların fikrincə, internetə girişin mütəmadi kəsilməsi ölkədə təhsil alan 5-ci sinif şagirdlərinin buraxılış imtahanları ilə əlaqədardır. Belə ki, internet olmadan düzgün cavabları köçürmək çox çətindir.
İraqın Təhsil Nazirliyi bununla bağlı hər hansı bəyanat yayımlamayıb. Lakin internet provayderləri öz abunəçilərinə xəbərdarlıq edib ki, bir neçə gün ərzində internetə girişlə bağlı problemlər yaşana bilər.