"Azərbaycan və Ermənistan prezidentlərin görüşü haqqında bir məlumat verilmir. Bu o deməkdir ki, bir irəliləyiş, yenilik yoxdur". 
 
 


Bu fikirləri Unikal.org-a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
 
O bildirib ki, danışıqlar yolu hələki bir nəticə vermir: "Ruslar öz prinsiplərini ortaya atıblar. Azərbaycan tərəfi də bu prinsiplərlə bağlı müəyyən yanaşmaları var ki, rayonların qaytarılması müqabilində Qarabağın müstəqilliyinin tanınmasından söhbət gedirsə Azərbaycan buna razı olmayacaq. Hələki ziddiyətli olaraq qalır. Dövlətlərin siyasətlərində dəyişiklik olmadığına görə, mən yenilik gözləmirəm. Hələli real yol işğalda olan torpaqların hərbi yolla geri qaytarılmasıdır. Danışıqlar yolu hələki bir nəticə vermir". 

Həsən Babayev