AzTV rəhbəri Arif Alışanovun ideya rəhbəri olduğu layihə baş tutub.

Unikal.org xəbər verir ki, musiqili layihə AzTV və Azərbaycan Milli Konservatoriyasının birgə layihəsidir və Milli Qurtuluş gününə həsr olunub.

A. Alışanovun ideya rəhbəri olduğu "Vətən nəğməsi adlı layihənin musiqi rəhbəri xalq artisti Siyavuş Kərimi, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Etibar Babayevdir.

Əməkdar artist, vokalçı Ramil Qasımovun ifasında səslənən "Vətən nəğməsinin musiqisi mərhum Tofiq Quliyevə, sözləri Vaqif Nəsibə məxsusdur. Layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri, Cahangir Cahangirov adına xoru, xalq artistləri Natiq Şirinovun rəhbərliyi ilə "Natiq ritm qrupu, əməkdar artistlər Şirzad Fətəliyev, Ruslan Hüseynov, İsgəndər Ələsgərov iştirak ediblər.