Bakı-Qazax maqistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org anspress-ə istinadən bildirir ki, Gəncə şəhər sakini 1936-cı il təvəllüdlü Zahid Hümmət oğlu Abbasov Bakıdan Gəncəyə gələrkən Kürdəmir rayonu ərazisində qəza törədib. Hadisə zamanı avtomobildə sürücü ilə birlikdə 3 nəfər olub. Digər iki nəfər qəzadan xəsarətsiz ötüşsə də, 80 yaşlı Zahid Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkən əvvəlcə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Xəstəxanadan yaralının vəziyyətinin orta-ağır olduğunu bildirdilər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Zahid Abbasov fizika-riyaziyyat elmləri namizədi, Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosentidir. O, universitetin müəllimi və riyaziyyat fakültəsinin dekanı işləyib.