Xəbər verdiyimiz kimi, qalmaqallı "Maşın" şoudan bu gün əlini çəkdiyi üçün Fira Cəlilova uzaqlaşdırılıb.

Unikal.org xəbər verir ki, Firanın gedişindən sonra canlı yayımda yenidən səsvermə keçirilib və qutudan ən çox fotosu çıxan şəxs Hüseyn Əzizoğlu olub.

O, hədəfinin aparıcı İlhamə Bədəlova olduğunu söyləyib.

Şou zamanı iştirakçılar İlhaməni kobud olmaqda ittiham edib.

Roza Zərgərli, Pərvin Abıyeva, Uran, Cavidan Novruzov və Rahidə Baxışova Hüseyn Əzizoğluna dəstək olaraq tamaşaçılardan səs göndərmələrini xahiş edib. Qalan iştirakçılardan isə son anda yalnız əməkdar artist Abbas Bağırov İlhaməyə dəstək olub.

Sonda Əzizoğlu 57,48% səs toplayaraq şouda qalıb. O, yarışmadan İlhamə Bədəlovanı çıxarıb.