Azərbaycanla Ermənistanda prezident seçkiləri və Qarabağ...
Azərbaycanla Ermənistanda prezident seçkiləri və Qarabağ...

Qərb koalisiyasının İranla və dünyanın yenidən bölüşdürülməsi ilə bağlı planları gerçəkləşsə Qarabağ nizamlanmasında
Rusiya amili nəzərəçarpacaq dərəcədə zəifləyə bilər

MDB-dəki “narıncı inqilablar” dövründən başlayan Rusiyanın qlobal müstəvidə təsir imkanlarının zəifləməsi Qarabağ münaqişəsində Azərbaycanın mövqelərini kifayət qədər güclənməsi perspektivlərini açır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) 23 avqusta keçirilən Bişkek toplantısında Türkiyənin xarici işlər naziri Əhməd Dadudoğlu Qarabağ nizamlanmasını bir daha gündəliyə gətirdi və Bakı-İrəvan danışıqlarının İstanbulda keçirilməsi təklifini irəli sürdü. Qeyd etmək lazımdır ki, 2012-ci il ərzində Qarabağ nizamlanması prosesində hələ ki, Davudoğlunun bu təklifindən başqa diqqətçəkən ikinci təşəbbüs kimi qeydə alına bilər. Bundan əvvəl isə Avropa İttifaqının iyul ayında bölgəyə səfəri zamanı qurum nümayəndəsinin münaqişə zonasına qeyd-şərtsiz daxil olması üçün çalışacaqlarını bəyan etmişdi. Amma Aİ-nin bu istiqamətdə konkret addımlar atmasının şahidi olmuruq.

Qarabağ danışıqlarında
fasilə 2014-cü
ilədək davam edəcək

Ümumiyyətlə, hələ ki, 2010 və 2011-ci illərdən fərqli olaraq 2012-ci ildə Qarabağ nizamlanması prosesində əvvəlki fəallığı müşahidə etmirik. 2010-cu il bu baxımdan Rusiya, Azərbaycan və Ermənisatan prezidentlərinin oktyabrın 27-də keçirilən Həşətərxan görüşü ilə yadda qaldı. Həştərxanda Qarabağ danışıqlarının sürətlənməsi nöqteyi-nəzərindən ciddi irəliləyiş qeydə alınmasa da, cəbhə xəttində yaranmış gərginliyin aradan qaldırılması üçün əhəmiyyətli oldu. Əsirlərin və təmas xəttində öldürüələn hərbi qulluqçuların cəsədlərini dərhal geri qaytarılması barədə razılıq əldə olundu. Bundan əvvəl isə 2010-cu ildə bu formatda üçtərəfli görüşlər ilin iyununda Sankt-Peterburqda, ondan əvvəl isə yanvar ayında Soçidə keçirilmişdi.
2011-ci il isə Qarabağ nizamlanması prosesində ən əhəmiyyətli hadisə Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də keçirilən Kazan görüşü oldu. Bu Azərbaycan və Ermənistan prezidentlərinin sayca 9-cu görüşü idi. Kazan görüşünə böyük ümidlər bəslənilirdi, hətta dünyaca nüfuzlu "The New York Times" qəzeti bu görüşün Qarabağ nizamlanmasında irəliləyiş əldə olunması üçün yaxşı imkan kimi qiymətləndirmişdi. Rusiya XİN-nin bu görüşlə bağlı bəyanatında bildirilirdi ki, “Kazanda müzakirə olunacaq sənəd tərəflərin və həmsədr ölkələrin birgə işinin mühüm dövrünün məhsuludur və irəliyə addım atmaq və hamı tərəfindən qəbul edilən Sülh Sazişi hazırlamaq üçün real əsas yaradır. Ümidvarıq ki, tərəflər sülh, regionun inkişafı və çiçəklənməsi naminə bu əsasa söykənərək razılığa gələcəklər”. Lakin, gözləntilərin əksinə olaraq heç bir sənəd imzalanmadı və faktiki olaraq Kazandan sonra Qarabağ nizamlanmasında durğunluq müşahidə edirik.
Şübhəsiz ki, bu Kazanda müzakirə olunan sənəd və təkliflərlə bağlıdır. Çünki, 2008-ci ildən başayaraq tərəflər arasında danışıqlarda müzakirə olunan məsələlər 2010 və 2011-ci ildə Rusiyanın vasitəçilliyi ilə intensivləşən təmaslar zamanı Kremlin təsiri ilə müəyyən konkret müddəalar, şəklinə salınmışdı. Amma bu müddəaların qəbulu ilə bağlı razılıq əldə olunmaması faktiki olaraq Qarabağ nizamlanmasında yeni bir mərhələinin başladılmasını zəruri edir. Hələlik isə, bu mərhələnin başlaması üçün zəruri təşəbbüslər gözə dəymir.
Digər tərəfdən qeyd edək ki, Kazanda müzakirə oluan sənədin məzmunu ilə bağlı ətraflı məlumat verilməsə də güman etmək olar ki, burada Bakının heç bir halda güzəştə getməyəcəyi məsələlərlə bağlı geriçəkilmə ilə bağlı məqamlar yer alıb. Söhbət şübhəsiz ki, elə proseslərə start verilməsindən gedir ki, Qarabağın sonunda Azərbaycanın tam nəzarətindən çıxarılması ilə nəticələnə bilər. Bakı Qarabağ danışıqlarında müəyyən komromislərə gedib. Məsələn, Qarabağın statusu ilə bağlı referendumun keçirilməsi, Qarabağa ən yüksək muxtariyat stausunun verilməsi, onun Erməmistanla dinc məqsədlər üçün istifadə ediləck quru yolu ilə əlaqəsinin təmin olunması. Lakin bütün bu güzəştlər Qarabağın hər hansı formada Azərbaycanın təsir dairəsində saxlamağa imkan verir. Görünür Kazanda Bakıdan bundan artığını istəyiblər. Kremlin vasitəçiliyindən isə fərlqi yanaşma gözləmək özünüaldatmaq olardı.
Gözləmək olar ki, Qarabağ danışıqlarında bu fasilə 2014-cü ilədək davam edəcək. Gələn ilin fevralında Ermənistanda, oktyabrında isə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hər iki ölkədə prezident seçkilərinin keçirilməsi Qarabağ danışıqlarında yeni mərhələyə start verilməsinin növbəti ilə qalması ilə nəticələnəcək. Beynəlxalq vasitəçilər isə hər zaman olduğu kimi, bölgəyə səfərləri ilə status-kvonun saxlanılması üçün səy göstərəcəklər.

Qarabağ nizamlanmasında qlobal qarşıdurma
elementləri güclənəcək

Eyni zamanda bu gün dunyada faktiki olaraq SSRİ-nin dağılmasından sonra qlobal miqyasda nüfuz dairələrinin yenidən bölüşdürülməsi uğrunda ən böyük savaş başlayıb. Bu proseslərin necə nəticələnəcəyi uzaq gələcəkdə dünyadakı qüvvələr nisbətini müyyənləşdirəcək. Bu proseslərin tezliklə yekunlaşacağını isə gözləmək sadəlöhvlük olardı. Suriyadakı proseslərdən sonra İrana təzyiqlərin artırılması və Tehranın ram edilməsi Qərb ölkələrinin qarşısında bir nömrəli hədəf olacaq. Bu qlobal proseslərin hansı məcarda inkişaf edcəyi Qarabağ nizamalanmasında birbaşa təsiri danılmazdır. Qarabağ münaqişəsi artıq qlobal geosiyasətin komponentərindən birinə çevrilib. İndi ABŞ, Avropa və Rusiya rəqabətinin müşahidə etdiyimiz Qarabağ nizamlanmasında gələcəkdə qlobal qarşıdurma elementlərinin güclənəcəyini gözləyə bilərik, Ermənistan faktiki olaraq Rusiyanın forpostu kimi qalması Kremlin Cənubi Qafqaza nüfuz imkanları verən əsas amildir. Həmçinin Rusiyanın Cənub cınahında əsas dayağıdır. Təsəvvür edin ki, Ermənistan da Rusiyanın təsir orbitindən çıxıb və Qərb üçün açıq ölkəyə çevrilib. Moskvanın cənub cinahı demək olar ki, müdafiəsiz qalır və Rusiyanın çənbərə alınması planı demək olar ki, tamamlanır. Həmçinin, İranın daha bir dost ölkə ilə sərhədləri nəzarətə götürülür.
Bu baxımdan gözləmək olar ki, Rusiya birmənalı şəkildə İrəvanı müdafiə edəcək və Qarabağ münaqişəsinin o variantda həllinə çalışacaq ki, bölgədə hərbi iştirakını daha da artırsın. Təsadüfi deyil ki, Moskva artıq fəal vasitəçilik səylərindən əl çəkib və Ermənistana daha dərindən nüfuz etməyə çalışır. Qərb ölkələri isə bütün mümkün vasitələrlərlə Qarabağ nizamlanmasında mövcud status-kvonun saxlanmasına çalışırlar. Hərbi əməliyyatların başlaması qətiyyən Qərb üçün qəbuledilməzdir. Çünki, Qarabağ münaqişəsi Kreml üçün yenidən silaha əl atmağa və Cənubi Qafqazı nəzarətə götümək üçün yeganə şans olaraq qalır. Bundan əvvəlki təhlillərimizdə qeyd etmişdik ki, Rusiyanın qlobal miqyasda mövqelərini əldən verdiyi bir zamanda Qarabağ münaqişəsindən yaralanmaqla, hərbi əməliyyatları yenidən başlatmaqla Qərblə sövdələşmələrdə yeni şərtlər isrəli sürülməsi üçün mümükün varian kimi nəzərdən keçirilə bilər. Bu təhlükə real olaraq qalır və hazırda Türkiyə də daxil olmaqla ABŞ və Avropa ölkələri bütün mümkün vasitələrlə bunun gerçəkləşdirilməsi ehtimalını ortadan qaldırmağa çalışırlar.

Qarabağ nizamlanması üçün yeni perspektivlər

Qeyd edək ki, status-kvo bu cür davam etsə və Qərb koalisiyasının İranla, dünyanın yenidən bölüşdürülməsi ilə bağlı planları gerçəkləşsə Qarabağ nizamlanmasında Rusiya amili nəzərəçarpacaq dərəcədə zəifləyə bilər. Bu uzaq gələcəyin mümkün ssenarlərindən biridir və gerçəkləşməsi ehtimalı barədə indidən proqnozlar vermək qeyri-mümkündür.
Bununla belə Qarabağ məsələsindən danışarkən onu da vurğulamaq lazımdır ki, qlobal müstəvidə Rusiyanin təsir imkanları getdikcə azalır. Bu tendensiya MDB-dəki “narıncı inqilablar” dövründən başlayıb və getdikcə özünü daha qabarıq biruzə verməkdədir. O zaman Putin Rusiyasının tezliklə revanş götürcəyi qeyd olunurdu. Amma bu, baş vermədi və bu gün Rusiya nə Ukraynada, nə Gürcüstanda, nə Azərbaycanda, nə də Orta Asiyada əvvəkli təsir imkanlarına malikdir. Bu baxımdan Rusiyanın zəifləməsi Qarabağ münaqişəsində Azərbaycanın mövqelərini kifayət qədər güclənməsi perspektivlərini açıq. Azərbaycan isə şübhəsiz ki, bu tendensiyanı nəzərə alaraq siyasət yürütməli və obrazlı ifadə etsək “formada” olmalıdır. Ən azı Rusiya və İranın mümkün təsiri ilə hərbi əməliyyatların başlamsı halında belə mümkün qədər divident əldə etməsi üçün.

Zaur İbrahimli