Türkiyədə hər kəsi dərindən sarsan hadisə baş verib.
Unikal org Habertürk-ə istinadən xəbər verir ki, hadisə Hatay şəhərinin Kırıkhan mahalında yaşanıb. Bir müddət əvvəl Fatma Karşıtla nişanlanan təhlükəsizlik polisi Hakan Koyunoğlu mahaldakı ənənələrə görə toy korteji ilə gəlini gətirməyə gedib. Bu vaxt bəyi təbrik etmək istəyənlər havaya atəş açıb. Atılan güllələrdən biri bəy Hakan Koyunoğlunun boynuna tuş gəlib. Ağır yaralanan Koyunoğlu, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən edilən müdaxilələrə baxmayaraq bəyin həyatını xilas etmək mümkün olmayıb.