İngiltərə Premyer Liqasının son turunda bu gün keçirilməsi nəzərdə tutulan "Mançester Yunayted" - "Bornmut" matçı təhlükəsizlik səbəbindən təxirə salınıb. Unikal.org Qol.az-a istinadən xəbər verir ki, matçın keçiriləcəyi "Old Trafford" stadionunda terror həyəcanı yaşanıb. Buna tribunalardan birində içində partlayıcı maddə olduğu ehtimal edilən şübhəli paketin tapılması səbəb olub. Dərhal həyəcan siqnalı verilib və stadion boşaldılıb. Hadisə ilə bağlı polis yoxlamaya başlayıb.
Öncə Bakı vaxtı ilə saat 18.00-da başlanmalı oyunun 45 dəqiqə gec başlayacağı bildirilib. Lakin sonradan oyunun başqa günə keçirildiyi elan edilib.
Qeyd edək ki, Premyer Liqanın 37-ci turunda "Vest Hem"lə oyundan öncə "Mançester Yunayted"in avtobusu rəqib azarkeşlər tərəfindən daşa basıldığından görüş nəzərdə tutulduğundan yarım saat gec başlamışdı.