"Son illərdə Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub, iqtisadiyyat 3,2 dəfə artıb, böyük valyuta ehtiyatları yaranıb.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Prezident vurğulayıb ki, bunu beynəlxalq reytinqlər də təsdiqləyir: "Belə ki, Davos İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir. Bundan əlavə, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulmas ilə qitələr birləşib. Cənub Qaz Dəhlizinin icrası və Şimal-Cənub nəqliyyat dəhlizninin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub.