NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir. Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.