Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr İraqın şimalında yerləşən Duxok əyalətinə havadan zərbə endirib.
Unikal.org xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə İraqın Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) mətbuat mərkəzi məlumat yayıb.
"Kürdüstan əyalətinin rayonları yenidən Türkiyənin hərbi təyyarələri tərəfindən bombalanmağa başlanıb. Təyyarələr Duxok əyalətində Nahil rayonunun Srselli kəndini bombalayıb", — deyə mətbuat mərkəzi bildirib.
"İtkilərin sayı bombardımanın davam etməsi səbəbindən hələ ki, məlum deyil", — deyə KVİ-nin məlumatında qeyd olunur.