Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov bu həftə Azərbaycana səfər edəcək.

Unikal.org xəbər verir ki, səfərin məqsədi mayın 10-da Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sərginin açılışında iştirak etməkdir.

Rusiyanın nümayəndə heyətinə həmçinin Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov da daxil olacaq.

Qeyd edək ki, "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgi mayın 10-da Heydər Əliyev Mərkəzində açılacaq. Tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən təşkil olunub.