Şamaxı rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Elnur İbrahimov dərs dediyi Pirbəhli kənd orta məktəbin görüntüləri yayılıb.
Unikal.org sözügedən məktəbdən fotoları oxuculara təqdim edir. 
Xatıradaq ki, Şamaxı rayonunda 9-cu sinif şagirdinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Elnur İbrahimov Pirbəhli kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılıb. Pirbəhli kənd orta məktəbinin direktoru Pənah Bəşirov məlumat verib. O qeyd edib ki, mart ayının 28-dən etibarən E.İbrahimovun məktəbdəki işinə xitam verilib: "Bu hadisə məktəbdə baş verməyib. Lakin Elnur müəllim məktəbə gəlsə də, mən onu təhsil müəssisəsinə buraxmaq iqtidarında deyiləm".