"Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub.

Unikal.org-un məlumatına görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edən Azərbaycan prezidentinin ictimai-syiasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, Azərbaycanda istənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər: "Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir. Əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyon nəfərdən artıqdır. 50-dən artıq televiziya və radio kanalı fəaliyyət göstərir. KİV-in sayı isə 5 min 100-ə çatıb. Prezident İlham Əliyev hesab edir ki,ölkədə siyasi islahatlar iqtisadi islahatlarla bərabər aparılmalıdır.