Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 60 kv.m olan ərzaq mağazasında 10 kv.m sahədə ərzaq malları, 2 ədəd məişət əşyası yanıb və yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib.

Unikal.org FHN-in saytına istinadən bildirir ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.