Bərdə rayonunda yanğın hadisəsi baş verib. Unikal.org "Report"a istinadən məlumat verir ki, hadisə rayonun "Sənaye" küçəsində, məcburi köçkünlərin yaşadığı binada qeydə alinib.
Belə ki, Laçın rayonundan olan məcburi köçkün Gülsüm Məmmədovaya məxsus ev yanıb. Hadisəyə elektrik naqillərində qisaqapanmanın səbəb olduğu göstərilir.
Xoşbəxtlikdən yanğın zamanı evdə heç kim olmayib.
Yanğın FHN-in Bərdə rayon şöbəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.