Müsəlman turistlərdən Qərbə müjdə
Müsəlman turistlərdən Qərbə müjdə

Onlar dünya turizm industriyasının simasını dəyişə bilər

Təxminlərə görə 2025 il üçün dünyada müsəlmanların sayı dünya əhalisinin üçdə birini təşkil edəcək. Müsəlman əhalisinin sayı artıqca onların arasında varlı, yüksək təhsilli, tez-tez səyahətə çıxan təbəqənin də çəkisi artmaqdadır.
Dünyanı gəzən bu müsəlmanlar bir qayda olaraq müsəlmanlara hesablanmış, islam norma və ənənələrini pozmayan məhsul və xidmətlərə daha meylli olurlar.
Lakin, görəsən bu tendensiyanı dünya iqtisadiyyatı, o cümlədən Britaniya iqtisadiyyatı, London bazarı nəzərə alırmı?
Öz təcrübəsilə bölüşən BBC müxbiri Navid Akhtar yazır kı, bu yaxınlarda, uzaq Malayziyadakı dostunun zənginə yuxudan oyanaraq, xəttin o ucundan səslənmiş suala cavab tapa bilməyib. Köhnə dostu Navidə ailəsilə Londona istirahətə gəlmək istədiyini bildirərək ondan Londonda "Halal" məhsulu, xidmətləri və qaydası əsasında işləyən otellərlə maraqlanıb.
Uzaq malayziyadan telefon açan dost Navidə deyib Londonda son dövrdə keçirilmiş dünya miqyaslı tədbirlər onu Britaniya paytaxtına baş çəkməyə sövq edib, və o, müqəddəs Ramazan ayı başa çatan kimi, niyyətini həyata keçirmək qərarına gəlib.
Müsəlmanlar üçün nəzərdə tutulmuş mehmanxanada qalmaq istədiyini bildirən BBC müxbiri ona nə təklif edə bilərdi? Navid Akhtar tanışlarına, otellərə zəng edib, məsələni araşdırıb və aydın olub kı, Londonda belə bir əsasda işləyən mehmanxana yoxdur.
Navid Akhtar qeyd edir ki, olsa-olsa Londonda vegetarian mətbəxi olan otel tapmaq mümkündür, lakin "Halal" qaydası ilə işləyən mətbəxi olan və müvafiq xidmətlər göstərən mehmanxana tapmaq qeyri-mümükündür.
Lakin müsəlman ölkələrindən Qərb ölkələrinə səyahət edən turistləri maraqlandıran təkcə halal qida məhsulları deyil. Onlar eləcə də mehmanxanalarda dua namaz qılma otaqlarının olmasını, Qibləni göstərən işarələrin, spirtli içkilərdən azad olan yeməkxanaların, müalicəvi prosedurları qadın və kişilər üçün ayrı ayrılıqda qəbul edilməsini mümkün edən şəraitin olmasını da arzulayırlar.
BBC müxbirinin dostu, sürətlə güclənən dünya trendinin bir təmsilçisidir - müasir qlobalaşan dünyada yüksək təhsilli, dünyavi, çox səyahət edən, çox vaxt ailə üzvlərinin müxtəlif qitələrdə yaşadığı müsəlman icmasının nümayəndəsi.
Bu təbəqənin maraqlarını təmin etmək dünya turizm industriyası getdikcə daha dərəcədə halal prinsipi əsasında hazırlananın və göstərilən məhsul və xidmətlərə yer aylrmaqdadır. Söhbət dünya iqtisadiyyatının kifayət qədər ciddi kəsimindən gedir.
Beləki hazırda dünya əhalisinin təxminən 1.8 mlrd nəfəri müsəlmandırlar. Gözlənildirinə görə 2025 ildə müsəlmanlar dünya əhalisiinin 30%-i təşkil edəcəklər.
Müasir müsəlmanlar getdikcə "istehlakçı əzələlərini" gücləndirməkdədirlər və səyahətə onların xərclədikləri pullar onların ümumi xərclərinin yalnız bir qismini təşkil edir. ABŞ-da mənzillənən Dinar Standard konsaltinq şirkətinin bu yaxınlarda apardığı araşdırmaya görə ötən il ərzində dünya boyu müsəlmanlar səyahətə turizm sahəsinə ümumilikdə 102 mlrd dollar xərc çəkiblər.
Hesablamalara görə 2020 ildə müvafiq rəqəmlər 156 mlrd dollar səviyyəsinədək arta bilər.
İndiyədək müsəlman turistlər bir qayda olaraq səyahət və istirahət üçün Misir, Malayziya və Türkiyə kimi ölkələri seçirdilərsə, indi bu siyahıda qeyri-İslam ölkələr, misal üçün Avstraliaya özünə yer eləməyə cəhd edirlər.
Sənan Mirzə