İstanbulun Osmanqazi prospektində yerləşən hərbi hissənin qarşısında partlayış törədilib.
Unikal.rog Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışın hərbçiləri daşıyan xidməti avtomobili təqib edən bir nəqliyyat vasitəsində meydana gəldiyi bildirilir.
Hadisə nəticəsində biri ağır olmaqla, 5 nəfər yaralanıb. Onların arasında hərbçi yoxdur.
İnformasiyaya əsasən, hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib.