Sabiq deputat biznesini Moskvaya köçürür
Sabiq deputat biznesini Moskvaya köçürür
Xəlilbəy Günəşov haqqında yeni iddialar var

Milli Məclisin sabiq üzvü, uzun müddət tikinti biznesi ilə məşğul olan Xəlilbəy Günəşovun iqtidar içi çevrələrlə münasibətləri korlanıb. Buna görə də keçmiş millət vəkilinin biznesi təhlükə altına düşüb. Bu barədə yayılan iddialara görə, sabiq deputat biznesinin əhəmiyyətli hissəsini ölkədən çıxarmaq istəyir.
İddialarda həmçinin bildirilir ki, Günəşov 2010 parlament seçkilərində yenidən millət vəkilliyi mandatı əldə etmyə çalışıb, amma bu, mümkün olmayıb. Bunu da artıq onun hakimiyyətlə əvvəlki münasibətlərinin qalmaması və ona qarşı soyuqluğun yaranması ilə əsaslandıran iddia müəlliflərinin fikrincə proses sonradan da davam edib və nəticədə Günəşov biznesi üzərini də qara buludların alacağından narahat olaraq Moskvaya üz tutmağa qərar verib.
Qeyd edək ki, Xəlilbəy Günəşov Bakı şəhərində anadan olsa da əslən Qusar rayonunun Yuxarı Tahircal kəndindəndir və 2005-ci ildən elə oradan da deputat seçilib. 1982-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin əsaslı tikinti idarəsində işə düzələn Günəşov mühəndis vəzifəsindən böyük mühəndis, şöbə müdiri, idarə rəisi, baş idarənin rəisi, Bakı Şəhəri İcra Hakimiyyəti Tikinti və İnkişaf Departamentinin sədri vəzifələrinə kimi yüksəlmişdir. 2004-cü ildən isə Bakı Tikinti və Şəhərin İnkişafı Şirkətinin direktorudur. Elə bu görəvi də Günəşova Bakıda bir sıra çoxmərtəbəli binaların, orta məktəblərin və uşaq bağçalarının tikintisinə rəhbərlik etmək imkanı yaradıb. Amma sonradan onun paytaxtdakı iri tikinti layihələrindən kənarda qoyulduğu məlumdur və bunun səbəbləri əlbəttə, maraq doğurur.Qeyd edək ki,Xəlilbəy Günəşov o deputatlardanıydıki biznesinə görə həmikrlarından fərqlənirdi.
Bu istiqamətdə əldə etdiyimiz məlumatları dəqiqləşdirməyə və qarşıdakı saylarımızda diqqətinizə çatdırmağa çalışacağıq.

Seymur Quliyev