Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 726,99 mln. manat təşkil edib.

Unikal.org Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur.

Son ildə gömrük rüsumları üzrə daxilolmalar 25,6% artaraq 192,878 manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 26,6% artaraq 498,466 mln. manata, aksizlər üzrə daxilolmalar 70,7% artaraq 27,41 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 8,3% artaraq 8,237 mln. manata çatıb.