Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 5-də rayonun ən iri yaşayış məntəqələrindən olan Boladı kəndində keçirib.
Unikal.org-a daxil olan məlumata görə, görüşdə Boladı kənd icra nümayəndəsi Nizami Hüseynov inzibati ərazi dairəsi barədə məlumat verib kəndin sosial-iqtisadi inkişafı və mədəni quruculu ilə bağlı görülmüş işləri sadalamışdır. Çıxış edən vətəndaşlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində həyata keçirilən quruculuq-abadlıq işlərini bəyəndiklərini, o cümlədən Lənkəran rayonunda və Boladı kəndində yolların asfaltlanmasına, körpülərin, kənddaxili yolların təmirinə görə minnətdarlıq ifadə ediblər.
Sonra ayrı-ayrı vətəndaşların müraciətləri və təklifləri dinlənilib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkədə gedən inkişaf prosesləri, Lənkəran rayonunda həyata keçirilən işlər, qarşıda duran vəzifələr haqqında danışıb.
Görüşə yekun vuran İcra başçısı Boladı kənd inzibati ərazi dairəsinin mövcud sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işləri qeyd etdi, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarələrin, müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Taleh Qaraşov Boladı kəndində səyyar qəbul-görüş keçirdi
Taleh Qaraşov Boladı kəndində səyyar qəbul-görüş keçirdi