Bərdə rayonunda ağır yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Yevlax-Bəhrəmtəpə yolunun Bərdənin Mehtili kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-21010 markalı avtomobil idarəetməni itirərək bir neçə dəfə aşıb. İdarəetmədən çıxaraq bir neçə dəfə aşan "VAZ-21010 markalı avtomobildə olan sərnişin, rayonun Ləmbəran kənd sakini, 69 yaşlı Dünya Məmmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.