Sosial şəbəkənin Bakını tərk etmiş ulduzları
Sosial şəbəkənin Bakını tərk etmiş ulduzları

Həftənin ən səs-küylü hadisəsi Aygün Kazımovanın Nabranda verdiyi konsert oldu

Ulduzlarımızın sosial şəbəkələrdəki "macəra"larını təqdim edirik.
1. Artıq Avropa ulduzları ilə eyni səhnəni bölüşən müğənni İlhamə Qasımova Almaniyadakı konsertindən sonra. Fanatlarına imza verən və bol-bol şəkil çəkdirən İlhamə paylaşdığı şəklə maraqlı şərh yazıb: "Bu uşağı az qala yeyəcəkdim".
2. Faytonçu Nazim ailəsi ilə birlikdə Türkiyədədir. Kuşadasında çəkdirdiyi fotonu Nazim dostlarına təqdim etdi.
3. Türkiyədə olan digər tanınmış şəxs stilist Anar Ağakişiyevdir. Qardaş ölkədə yaşayan modelyer Ramazzo Roma ilə birlikdə Anar dəb müzakirələri etdi.
4. Müğənnilərimiz Lalə Məmmədova və Nura da Türkiyədədirlər. Sənətçilərimiz ailələri ilə birlikdə Bodruma üz tutublar.
5. Bodrumda ailəsi ilə birlikdə istirahət edən müğənnilərdən biri də Ayandır. Müğənni qardaşı ilə birlikdə gecə əyləncəsində.
6. Dj Çina isə həmkarlarından fərqli olaraq, Türkiyəyə yox, Gürcüstana getdi. Çingiz Tiflis səfərindən olan fotoları dostları ilə paylaşdı.
7. Xəyyam Nisanov isə Kabardin-Balkariyadadır. Müğənni gəzməli-görməli yerlərdə bolluca şəkillər çəkdirdi.
8. "Eurovision 2011"in ulduzu Nigar Camal da ölkə xaricindədir. Sənətçi Yurmalada keçirilən "Yeni dalğa" ("Novaə Volna") mahnı müsabiqəsində Dima Bilanla birlikdə səhnəyə çıxdı.
9. "Eurovision 2012"nin ulduzu Səbinə Babayeva isə cizgi film qəhrəmanına çevrildi.
10. Əməkdar artist Sevda Ələkbərzadə qazaxıstanlı musiqiçilərin əhatəsində.
11. Deyəsən, teleaparıcı Nanə Ağamalıyeva Olimpiya oyunlarına baxıb, həvəsə gəlib. Teleaparıcı boks idman növündə özünü sınamaq qərarına gəldi.
12. Rejissor Aqil M. Quliyev isə həmkarlarından fərqli olaraq, iş başındadır. Rejissor bu dəfə özünü aktyor kimi "Biz sizə müharibə elan edirik" filmində sınadı.
13. Həftənin ən səs-küylü hadisəsi isə Aygün Kazımovanın Nabranda verdiyi konsert oldu. Səhnəyə çıxdığı çimərlik geyimi ilə superstar yenə də diqqət çəkməyi bacardı.