Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınlb.

Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.