Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya verdiyi məlumata görə, hadisə yolun 402-ci kilometrliyində, Şəmkir rayonu ərazisində qeydə alınıb. "BMW və "Å koda markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.