Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonu Balçılı kəndi ərazisində qeydə alınıb. "VAZ 2106 və "VAZ 2107 markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.