Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.

Allah rəhmət eləsin!

09:22

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi "BMW" markalı avtomobil yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan "KİA" markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi 1993-cü il təvəllüdlü Rəhimova Fidan Rüstəm qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.