Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomaşında olan Masallı rayon sakini, 39 yaşlı Azər Tapdıq oğlu Əsədov və Saatlı rayon sakini, 29 yaşlı Mərifət Mətləb oğlu Sərvətov müxtəlif bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.