Bakının Sabunçu rayonundakı ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.

Belə ki, bazarın ərazisindəki 4 kafe və 2 mağaza yanıb. Hadisə zamanı xəsarət alan olmasa da, obyekt sahiblərinə maddi ziyan dəyib. Belə ki, mağazalardakı əşyalar yanaraq külə dönüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.