Mingəçevir su anbarında 1 nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Unikal.org-un FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.