Qazax rayonunda 19 yaşlı oğlanın meyiti tapılıb.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Murad Muradovun meyiti Qazax şəhəri ərazisində, Ağstafaçayın kənarında aşkarlanıb.
Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.