Qubada ayılar arıxanaya hücum edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Qubanın Cek kəndi ərazisində qeydə alınıb.

Arıçı Namiq Abidov bildirib ki, artıq 4-5 gündür ayı hər gün yaylaqda yerləşən arıxanaya hücum edir: 

"Ayılar 5 arı yeşiyini dağıdıb. Özümüz isə qorxudan çadırda qalmırıq. Hər gecə bu hücum təkrarlandığından, suni şamlar düzəldərək ayıları qorxuduruq. Artıq əvvəl dağdan 1 ayı gəlirdisə, dünən axşam arıxanaya 3 ayı hücum edib".